Harda Qalmısan lyrics
by Xanım İsmayılqızı
[Bənd 1]
İstəsən, görünsün gözündə işıq
Bu sevən qəlbimin üzündə işıq
İstəsən, görünsün gözündə işıq
Bu sevən qəlbimin sözündə işıq
Qayıt, biz əbədi ayrılmamışıq
[Nəqərat]
Bəs harada qalmısan?
Harada qalmısan?
Bəs harada qalmısan?
Harada qalmısan?
[Bənd 2]
Od olsan, alışıb mən də yanaram
Buz olsan, həsrətdən mən də donaram
Od olsan, alışıb mən də yanaram
Buz olsan, həsrətdən mən də donaram
Səni bu dünyada özüm sararam
[Nəqərat]
Bəs harada qalmısan?
Harada qalmısan?
Bəs harada qalmısan?
Harada qalmısan?
Harada qalmısan?
[Bənd 3]
Səndən başqasını sevən deyildim
Eşqimin önündə sındım, əyildim
Səndən başqasını sevən deyildim
Eşqinin önündə sındım, əyildim
Mən sənsiz qalanda, qəm nədir, bildim
[Nəqərat]
Bəs harada qalmısan?
Harada qalmısan, ey?
Bəs harada qalmısan?
Harada qalmısan?
[Bənd 4]
Bu eşqin yuxudan ayıltmağı var
Yanan ürəkləri ovutmağı var
Ey, bu eşqin yuxudan ayıltmağı var
Yanan ürəkləri ovutmağı var
Sevib gedənlərin qayıtmağı var
[Nəqərat]
Bəs harada qalmısan?
Harada qalmısan, ey?
Bəs harada qalmısan?
Harada qalmısan?
Harada qalmısan?
(Harada qalmısan?)
(Harada qalmısan?)