Unuda Bilsəm lyrics

by

Flora Kərimova


[Bənd 1]
Yenə göy üzünü alıb buludlar
Özü boyda çətir olub buludlar
Min dəfə boşalıb - dolub buludlar
Bu yatmış bəxtimi oyada bilsəm...

[Keçid]
O ötən günlərə qayıda bilsəm...
Qayıda bilsəm...
Bu yatmış bəxtimi oyada bilsəm…
O ötən günlərə qayıda bilsəm...

[Nəqərat]
İtib inamlarım, tükənib səbrim
Dərdin yelkənini dərd üstə sərdim
Varımı, yoxumu əlimdən verdim
Nə ola, yolunu qayıra bilsəm, bilsəm!...
O ötən günlərə qayıda bilsəm, bilsəm...

[Bənd 2]
Yorğunluq bürüyüb cismi – canımı
Dərd günə döndərib bircə anımı
Az qalıb don vura gülüstanımı
Nə ola, qəlbimdən çıxara bilsəm!...
O ötən günlərə qayıda bilsəm, qayıda bilsəm...
Nə ola, qəlbimdən çıxara bilsəm!...
O ötən günlərə qayıda bilsəm...
[Nəqərat]
İtib inamlarım, tükənib səbrim
Dərdin yelkənini dərd üstə sərdim
Varımı, yoxumu əlimdən verdim
Nə ola, yolunu qayıra bilsəm, bilsəm!...
O ötən günlərə qayıda bilsəm, bilsəm...

Qayıda bilsəm, bilsəm...
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net