Ötən Günlər (Yadındamı) lyrics
by Oqtay Ağayev
[Bənd 1]
Yadındamı ötən günlər?
Ağac altı, bulaq səsi
Günlər keçir, bizə qalır
O günlərin xatirəsi
[Nəqərat]
Gəl, əzizim, keçənləri
Yada salaq dönə-dönə
Ötən günə gün çatarmı
Calasan da günü günə?
Gəl, əzizim, keçənləri
Yada salaq dönə-dönə
Ötən günə gün çatarmı
Calasan da günü günə?
[Bənd 2]
Yadındamı ötən günlər?
Qəm çoxalır, ömür azalır
Üzümüzdə, alnımızda
O illərdən izlər qalır
[Nəqərat]
Gəl, əzizim, keçənləri
Yada salaq dönə-dönə
Ötən günə gün çatarmı
Calasan da günü günə?
[Bənd 3]
Saç ağarır, qoy ağarsın!
Qoy var olsun ellərimiz
Yenə şirin diləklərdə
Ürəklərdə yaşarıq biz!
[Nəqərat]
Gəl, əzizim, keçənləri
Yada salaq dönə-dönə
Ötən günə gün çatarmı
Calasan da günü günə?
Gəl, əzizim, keçənləri
Yada salaq dönə-dönə
Ötən günə gün çatarmı
Calasan da günü günə?