Xatirələr lyrics
by Elmira Rəhimova
[Bənd 1]
Xatirələr ötənləri yada salar
Xatirələr könlümüzü oda salar
Xatirələr uzaq-uzaq, yaxın-yaxın
Xatirələr ovuc-ovuc, axın-axın
[Nəqərat]
Siz, ey canlı, min söhbətli, min dastanlı xatirələr
Yaxın gəlin, axın, gəlin, xatirələr, xatirələr

[Bənd 2]
Ömrümüzün hər bir anı, hər bir günü
Xatirəyə dönüb gedir, dönüb gedir
Xatirə var - əbədidir, əvəzsizdir
Xatirə var - ulduz kimi sönüb gedir