Cücə lyrics
by Röya
[Bənd 1]
Neçə illər mənim dalımca düşüb
Yalvarıb-yaxaran sən deyildinmi?
Qarşımda hər gün cücətək büzüşüb
Ağlayıb yalvaran sən deyildinmi?
Neçə illər mənim dalımca düşüb
Yalvarıb-yaxaran sən deyildinmi?
Qarşımda hər gün cücətək büzüşüb
Ağlayıb yalvaran sən deyildinmi?
[Nəqərat]
İndi aç gözünü, mənə bax ki sən
Oyana yaddaşın, bəlkə, görəsən
Bir də görünmərəm qollarında mən
Təki həsrətimdən sən ölməyəsən
Bir də aç gözünü, mənə bax ki sən
Oyana yaddaşın, bəlkə, görəsən
Bir də görünmərəm qollarında mən
Təki həsrətimdən sən ölməyəsən
[Bənd 2]
İndi əda ilə keçib gedirsən
Gözucu belə baxmaq istəmirsən
Nə etsən, bil ki, özünə edirsən
Ağlayıb yalvaran sən deyildinmi?
İndi əda ilə keçib gedirsən
Gözucu belə baxmaq istəmirsən
Nə etsən, bil ki, özünə edirsən
Ağlayıb yalvaran sən deyildinmi?
[Nəqərat]
İndi aç gözünü, mənə bax ki sən
Oyana yaddaşın, bəlkə, görəsən
Bir də görünmərəm qollarında mən
Təki həsrətimdən sən ölməyəsən
Bir də aç gözünü, mənə, mənə bax ki sən
Oyana yaddaşın, bəlkə, görəsən
Bir də görünmərəm qollarında mən
Təki həsrətimdən sən ölməyəsən
İndi aç gözünü, mənə bax ki sən
Oyana yaddaşın, bəlkə, görəsən
Bir də görünmərəm qollarında mən
Təki həsrətimdən sən ölməyəsən
Bir də aç gözünü, mənə bax ki sən
Oyana yaddaşın, məni görəsən
Bir də aç gözünü, mənə bax ki sən
Oyana yaddaşın, məni görəsən
(Oyana yaddaşın, məni görəsən)