Gic Kimi lyrics
by Röya
[Bənd 1]
Gültək solacam, nə qədər tək qalacam
Özümü aldadacam hara qədər?
Tənha bir adam düşünür tək bir adamı
Ona yad hər bir adamı yola verər
[Keçid]
Ürəyi boş, ürəyi sevmir heç kimi
Gözlədim yolunu gic kimi
Ürəyi boş, ürəyi sevmir heç kimi
Gözlədim mən onun yolunu gic kimi
[Nəqərat]
Dərdim dərin, dərinlik əzab mənə
Sualım çox, amma yox kimsə, cavab verə
O şirin keçmişi unutmaq nahaq yerə
Əvvəlki kimi gəl gecə yuxularıma qonaq
[Bənd 2]
Gültək soluram, nə qədər tək oluram
Bu ara soyuğam, əsəbiyəm sənə
Söz çox, özü yox, sevirəm mən gözü kor
Ümid edirəm, hələ də qayıdar, gələr
[Keçid]
Ürəyi yox, gözü görmür heç kimi
Gözlədim yolunu gic kimi
Ürəyi yox, gözü görmür heç kimi
Gözlədim yolunu gic kimi
[Nəqərat]
Dərdim dərin, dərinlik əzab mənə
Sualım çox, amma yox kimsə, cavab verə
O şirin keçmişi unutmaq nahaq yerə
Əvvəlki kimi gəl gecə yuxularıma qonaq, qonaq
Dərdim dərin, dərinlik əzab mənə
Sualım çox, amma yox kimsə, cavab verə
O şirin keçmişi unutmaq nahaq yerə
Əvvəlki kimi gəl gecə yuxularıma qonaq
[Çıxış]
Əvvəlki kimi gəl...