Ayrılıq İmiş lyrics
by Vüqar Əbdülov
[Bənd 1]
Sevənlər həsrətlə baxardı bizə
Həsəd aparardı saf sevgimizə
Bilmirəm, nə oldu, biz gəldik gözə
Sən demə, sonumuz ayrılıq imiş
Sevənlər həsrətlə baxardı bizə
Həsəd aparardı saf sevgimizə
Bilmirəm, nə oldu, biz gəldik gözə
Sən demə, sonumuz ayrılıq imiş
[Nəqərat]
Nə illər yaşadıq, nə illər boşa
Sevgidən, az qaldı, ağlımız çaşa
Birlikdə çatmışdıq biz arzumuza
Sən demə, sonumuz ayrılıq imiş
Bir sevgi yaşardı iki ürəkdə
Hər gün görüşərdik xoş bir diləkdə
Heç ayrılırdıqmı, bir görüşək də?
Sən demə, sonumuz ayrılıq imiş
Ayrılıq imiş, ayrılıq imiş
Sən demə, sonumuz ayrılıq imiş
Ayrılıq imiş, ayrılıq imiş
Sən demə, sonumuz ayrılıq imiş
[Bənd 2]
“Bizim bu sevgimiz ölməz”,-demişdim
“Aşiqlər sevdadan dönməz”,-demişdim
“Həsrət də ayıra bilməz”,-demişdim
Sən demə, sonumuz ayrılıq imiş
“Bizim bu sevgimiz ölməz”,-demişdim
“Aşiqlər sevdadan dönməz”,-demişdim
“Həsrət də ayıra bilməz”,-demişdim
Sən demə, sonumuz ayrılıq imiş
[Nəqərat]
Nə illər yaşadıq, nə illər boşa
Sevgidən, az qaldı, ağlımız çaşa
Birlikdə çatmışdıq biz arzumuza
Sən demə, sonumuz ayrılıq imiş
Bir sevgi yaşardı iki ürəkdə
Hər gün görüşərdik xoş bir diləkdə
Heç ayrılırdıqmı, bir görüşək də?
Sən demə, sonumuz ayrılıq imiş
Ayrılıq imiş, ayrılıq imiş
Sən demə, sonumuz ayrılıq imiş
Ayrılıq imiş, ayrılıq imiş
Sən demə, sonumuz ayrılıq imiş