Darıxacaqsan lyrics
by Xanım İsmayılqızı
[Bənd 1]
Bu eşqin boynuna sən ləkə atma
Sağalmaz yarama dəymə, qanatma
Ayrılıb gedirsən, amma unutma
Bir zaman sən mənsiz darıxacaqsan
Sevgilər yarıda qoyacaq səni
Mənsizlik həsrəti yaracaq səni
Şirin xatirələr boğacaq səni
O zaman sən mənsiz darıxacaqsan
[Nəqərat]
Gözlərin, kirpiyin yaş qaldıracaq
Ümidin bağrına daş qaldıracaq
Başında ağrılar baş qaldıracaq
O zaman sən mənsiz darıxacaqsan
Gözlərin, kirpiyin yaş qaldıracaq
Ümidin bağrına daş qaldıracaq
Başında ağrılar baş qaldıracaq
O zaman sən mənsiz darıxacaqsan
[Bənd 2]
Ürəyə dönəcək sinəndə daşın
Axacaq üzünə gözündən yaşın
Yalan sevdalardan ayrılar başın
O zaman sən mənsiz darıxacaqsan
Üstünə düşəcək həsrət kölgəsi
Səni incidəcək qəlbinin səsi
Əlimdən tutanda bir yad, özgəsi
O zaman sən məni axtaracaqsan
[Nəqərat]
Gözlərin, kirpiyin yaş qaldıracaq
Ümidin bağrına daş qaldıracaq
Başında ağrılar baş qaldıracaq
O zaman sən mənsiz darıxacaqsan
Gözlərin, kirpiyin yaş qaldıracaq
Ümidin bağrına daş qaldıracaq
Başında ağrılar baş qaldıracaq
O zaman sən mənsiz darıxacaqsan
O zaman sən mənsiz
(Sən mənsiz, sən mənsiz)
Darıxacaqsan