UG BPM lyrics

by

F’Rhyme



[Bənd 1 - 90 BPM]
Gözlərim böyüdükcə Bakı balacalaşar
Mənlə bacarmazsınız, qafiyənizi Rakim qaralasa da
Repim kommersiyaya durmaz, onu Şakira yalasa da
“Mic”da F’Rhyme bütün sulanan vaginalara salam

Mənə ayaq altına düşən repi götürmək düşür
Ötür, mən büküm, çox ciddiyə aldınız, avamsınız
Əslində reper deyiləm, bir gün kəmərim olmayıb
Şalvarım götümdən düşüb
Bunlar da götümdən düşüb

Başımda natamam “data”lar, artıq vaxt tamam
Dar zaman uçmağı öyrədirəm qartala və adım qalır narkoman
Ətrafımda xata bol, bu matador səni
Makaron kimi çeynəyib atar o, çalış adam ol
Azrep mənə içində heç bir seçimim olmayan kataloq
Amma, “bro”, yerin ən dibindən salmışam mən ən yuxarı qata lo

Dahiliyin qaynağını öyrədən həmin nəşr
Sövdələşmə, dinlə bir, bu döngələr çox köndələn şəkildədir
Ana, məncə, fərəhlən, bu gün o qədər içmişəm ki
Elə bilirəm, “ghetto” göydələnlə birləşir
Ayılıram ki, məhəllə həmin köhnə məhəllədir, əşi

“This is F’Rhyme motherf*cker technic”
Daha oğurlamıram “Slim Shady”dən, hamı bilir, nə edirəm
Hələ də sağam, tutmuşam keçən ay SPİD
Qayıdıram evə taksisiz, gecə saat 2, şəhər “GTA vice city”
Hələ də, sağam, ona görə dəstəkləyirəm
Reabilitasiyanı yox, “legalize”i, “a, end”
Sarmaşıqtək qarmaşıq bir hal, başımda qardaşım
Az yaşımdan David B, bura evim deyil
Tək dərdim bu reallığı devirmək
Vuruşuram zombilərlə “seven days”
Necə “çiçəkləri, böcəkləri sevin” deyim?

Başın buxarımda yanacaq, ya tur atıb, ya varacaq
Məncə, valideynlər qorxsun, çün yeniyetmə qızları
Pedofillərin qucağından alacam
Sanma, bu axında yatacam
Sizlə işim yoxdur mənim, inan və
Tapançamda mərmi var, amma qorxmayın
Onu siz raunda başlayanda qulağımdan atacam

[Bənd 2 – 90 BPM]
Mikrofonda tərsə gedən bir uşaq
Buz üstündə xırdalayır
Kim dürüst, bu fəlsəfədən kim uzaq
Heç bir mistikliyim yox, avamsınız
Bunu siz dinləyib not alarsınız
Yaşayıb hissizliyi qocalarsınız
Əgər rep işdirsə, işsizdir onlar hamısı
Gərək, dilinizi qoparardım
F’Rhymе “king lyricist”, çox amansız
Sizi sikmir ki, çoxalarsınız
Bir sağım, bir solum bilinmir
İz qoyub silinməyən detallar əldə bol sıfırlar ilə
İlin əvvəli tullandığım uçurumun ən başında
İl sonu dirildim, hiss olur, deyilmi?
Məni dinləməyə başlayan uşağın valideynlərinə
Həkim pis olub dеyir ki: “Artıq biz onu itirdik, gecdir”

Altımda çapalayır “bike”m
Başım haydır, paralel dünyayla get-qayıtda idim
F’Rhyme “icon”
Heç ayıq qalmırıq
İç səsimi mənimsədiyim andan
“Sizi dinləmirəm”, - desəm əgər
“Fake” sayılmaz ki?
Ən hündür eyvanımdan hey baxınca
Anlayıram, heyvanıq, bunu qeydə alın

Toplum ölü, bu hakimiyyət nekrofil meyit qayırandır
Onların sevdiyi elit sayılandır, geniş yayılar
Bu basqıyla seviş daima
Böyü, bu yalanları ye iştahla
Özünü tapma, get, iş tap

Zamansa başlayıb ölümə doğru geri sayıma
Reper olmaq arzuların qursağında qalmamış
Gəl, önümdə yox, dur sağımda
Mənim qusmağım boş ciblərimə pul salır
Məni “туса”nız da “cool” sanır
Dilim təzyiqlərə qarşı danışıb susmadıqca
Dirəniblər düz qapımda
Nə qədər axtarsa da, tapa bilmir
Kokaini duz qabında
Bu sitatın sonu, dustağın zonu
Kimi doğmadır “kick snare bass”
İstəmirsən, bitsin, heyif, az
Vaxtım, taktın üstə
Misli görülməmiş gizli sehrbaz
Abrakadabra, mənə inandınsa
Axmaq adamsan, yanarsan
Bu mənəm, həmən o və mənə nə olub
Anlamıram, o, mənəm, ya mənəm o həmən o?
Bəzənsə nə o, məndir, nə mənəm o
Amma əmin ol ki, bu, odur
Dediyin həmən odakı mənəm o

Yuxusuzluq ənənəm olduqca
Nə mən qalır, nə də ki həmən o
Əgər həmən o mən mən deyilsə, mənə nə, nə olub?
Sən mənlə ol, amma mənə olandan olma
Məndə tələ boldur, məncə
Çox da məncələrə bələd olma

Bu, mənəm, çəkirəm “Kent”, deyiləm inteligent
Bu, mənəm, deyirəm
“f*ck world, f*ck love, f*ck money, f*ck buddy”
Senzuranı pozmamaqçün ver “summa”mı çox
Abardıb keç bunları, rep susmağı sevmir
Sən sevirsənsə, get, zurnanı çal

Zatən reper tipin yox, başında “cap” durmadı hətta
Mənsə maskasız “MF Doom”
Taskasız effekt bu, çox astasınız
Biri “joint”i paslasın ki
Daz başım paslaşıb, az danış saz yazıb
Kim istəyirsə, düzdüyüm söz
Düyünündə azmasın, qulaq asmasın
"END"in rastasını kəsib elədik pas-pas
Mətbəxdə aşpaz Abbas aş asır
Çox təbii haldır, bir reperin osturağa basması ki
Yazdığını yaşamasın

Səndəki həqiqəti seçmirəm
Bir mühərrikdən çölə boylanan heç kiməm
Keç otağa, götünə jeton ataq və
“Rep denən”, - deyən həmin o məclislərə getmirəm
Öldürücü güclərə qadirəm, dahiyəm
Daha pikəm, bax kiməm, qatiləm, anidən qan içən
Hər “party”də “ban” yiyən biri mən
Sizlə savaşa girməsəm də, qalibəm
Abilər, nadirən bitir qafiyəm
“Ай, блядь”, itir rabitəm
Baha bitər, savaşsaq, al sizə “body bug”

[Bənd 3 - 140 BPM]
Bir də baxdım ki, bu sinema salonda təkəm
Hamı sıradan axmaq bir drama baxmağa gedib
Və bu məni öz perspektivimdən daşındırmaz
Və test etməyin, məncə, bunu evdə
Çün tez bezdiyimdəndir ki hər işdən
Deyil kütlə, nə rep, nə də alqış, “respect” sikimdə
Yeyib karbohidrat mən “alcoholic man”
Qəlbi daşdan, özü kordon insan
Sənin dar “политика”n rep alqoritmin
Hər dəfə qaç polisdən və “f*ck” polis de
“Fame” olmağı yat, dur, istə
Hər qaradərilini reper bilib ağzının suyun
Axıda-axıda bax turistə

Məni vicdanlı biri sandığın anda
Tükədərəm bütün insanlığını
Bu iştahalı timsahlar mənə baxanda insaflıdır
Pis varlığam, içimdə o qədər kin saxlayıram
Qusmaq alır haradasa bir saatımı
2 p*nisli mutantam və bilirsən
Hər halda “threesome”dir bu
Heç kim içindəki mənləri görmür
Bu ən dərin öz, qaç kəlləni götürüb
Bu oyundan əl çəkib öl, gəbər, geri dönmə
Gör necə sistem, özün də bilmədən
Başına bu mental mərməri hördü
Təməlləri görünür
Məndədir məlhəmin, məndədir məlhəmin, döz
Gedib tərləri gözümün
Hamını zəhərlədi “verse”m
Dənlədi, gömdü

Səhnədə: “əlləri görmürəm”, - deyən MC
Məncə, sağlam kütləyə çıxa biləcək olan həlləri görmür
Bunu yazanacan ilham pərilərim tərlədib götünü
Səncə, səbəbi nə, görəsən ki, təməliyəm bu işin mən
Bəbələrin hamısı gədə-güdədən ibarət
Təbəqəyə dəbə dirənən ötəri sənəti itələdi deyə
Gəvələyən çənələri əbədiyyən ələdim

Tanımıram dəvəni, nə fili və də qarşıma çıxanı
Qəfil gəbərdirəm, ölür
Mənim sürətimlə hesablasaq, “beat”ə girəndə
Fələstinin səmasında bombalar qərənfilə dönür

Bəli, bəli, ağzım silahdır, yəni yadsız bir az bu işə
Adsız plastikada azğın bu şeirlərim vaxtsız mirasdır sənə
Marksist klassikalar qədər, salam, salam
Bütün bəxtsiz həyatlılara salam
Ulduzların arasında gizlənən həmin 8 ayaqlılara salam
Səssiz yeriməyə davam

Nə səbəbə özünüzü öymüsünüz?
“Kişi döyər, döyülər də”, -deyiblər
Nəticədə ikiniz birləşib əlil arabasında
Oturan bir qaqaşı döymüsünüz
Nə qədər ki düşmən deyilik, mavidir göyün üzü
Məncə, alovla oynamayacaq qədər böyümüsünüz

Kartımda “money”, altımda “Galik metallic”
Boynuma “chain”, bu, ac eqomu olduqca doyduracaq
Sayılır bu zirvə çiynimdə “lucifer pus*y”lər
Maşınlar, pullar, qızıllar da var
Qazanıram ilə bir “hit” mikrofona mızıldanaraq

Bunu danışan reper qarınlı daydaya
Heyif, onları uduzub, yox avroların qoxusu
Bu, “ghetto”ların yuxusu
Unut hamısını, partlatmaq çarə deyil
Boş “fame” olanın qutusu da
Geyin “fake” olanın, ucuzun
Bu, “ghetto”ların yuxusu

Bunu danışan reper qarınlı daydaya
Heyif, onları uduzub, yox avroların qoxusu
Bu, “ghetto”ların yuxusu
Unut hamısını, partlatmaq çarə deyil
Boş “fame” olanın qutusu da
Geyin “fake” olanın, ucuzun
Bu, “ghetto”ların yuxusu
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net