Dedin Yox lyrics
by Ədalət Şükürov
[Bənd 1]
Bir gün məhəbbət haqqında danışdım sənə
Sən məni başa düşmədin, duymadın yenə
Dedin “yox”
Mən dedim: “Günəş sarıdır”, sən dedin: “Qara”
Mən dedim: “Qışda gəzərkən iz düşər qara”
Dedin “yox”
[Nəqərat]
Dedim: “Mən səni tək qalmağa qoymayacağam”
“Səni tərk edib başqasıyla olmayacağam”
Dedin “yox”, dedin “yox”, dedin “yox”
Dedin “yox”, dedin “yox”, dedin “yox”
[Bənd 2]
Mən dedim: “Fəsil dəyişir keçəndə aylar”
Dedim: “Bir ilin içində 12 ay var”
Dedin “yox”
Mən dedim: “Yumsan gözünü düşər qaranlıq”
“Yum gözünü məni düşün, düşün bir anlıq”
Dedin “yox”
[Nəqərat]
Niyə bəs açıq söyləmədin istəyini sən?
Sevsəm də səni, indi məcburam gedəcəyəm
Dedin “yox”, dedin “yox”, dedin “yox”
Dedin “yox”, dedin “yox”, dedin “yox”
[Bənd 3]
Mən dedim: “Bu davranışdır könlümü üzən”
Gəlmişəm qəti qərara, getməliyəm mən
Dedin “yox”
Mən dedim: “Quşlar uçarkən qanad açarlar”
Mən dedim: “Ulduzlar göydə işıq saçırlar”
Dedin “yox”
[Nəqərat]
Dedim: “Mən səni tək qalmağa qoymayacağam”
“Səni tərk edib başqasıyla olmayacağam”
Dedin “yox”, dedin “yox”, dedin “yox”
Dedin “yox”, dedin “yox”, dedin “yox”
[Bənd 4]
Mən dedim: “Bu məhəbbətin axırı yoxdur”
“İkimiz də üzülürük, əzabı çoxdur”
Dedin “yox”
Dayandıq nəfəs – nəfəsə, yaşardı gözüm
Titrəyə – titrəyə dedim bir kəlmə sözü
Dedin “yox”
[Nəqərat]
Niyə bəs açıq söyləmədin istəyini sən?
Sevsəm də səni, indi məcburam gedəcəyəm
Dedin “yox”, dedin “yox”, dedin “yox”
Dedin “yox”, dedin “yox”, “yox”!