Sən Əslisən, Mən Kərəm lyrics

by

Akif İslamzadə


[Bənd 1]
Şairlərin sözündə
Sən Aysan, mən ülkərəm
Aşıqların sazında
Sən Əslisən, mən Kərəm

[Nəqərat]
Ay, sənə qurban, sənə
Can sənə qurban, sənə
Ay, sənə qurban, sənə
Can sənə qurban, sənə

İnsaf eylə, az məni
Odlara yandırsana
İnsaf eylə, az məni
Odlara yandırsana

[Bənd 2]
Aşıqların sazında
Sən mizrabsan, mən teləm
Şeir, sənət yazında
Sən gülsən, mən bülbüləm

[Nəqərat]
Ay, sənə qurban, sənə
Can sənə qurban, sənə
Ay, sənə qurban, sənə
Can sənə qurban, sənə
Eşqini min naz ilə
Sən mənə anlatsana
Eşqini min naz ilə
Sən mənə anlatsana

[Bənd 3]
Şeir, sənət bağında
Sən nəğməsən, mən sözəm
Ömrümün gənc çağında
Sən Günəş, mən gündüzəm

[Nəqərat]
Ay, sənə qurban, sənə
Can sənə qurban, sənə
Ay, sənə qurban, sənə
Can sənə qurban, sənə

Həyatıma nur saçıb
Məni işıqlatsana
Həyatıma nur saçıb
Məni işıqlatsana
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net