Əlvidalarımı payladım lyrics

by

Qaraqan


[Verse 1]
Açdım payıza pəncərələri
Əlvidaları payladım və qaçdım
Qalmayıb yurdum, evim, vətənim
Mən özüm özümə yad, qərib və qaçqın
Yol boyu qırıb atdığım qəlblərin
Hər birinə tapıldı dost və sevgi
Topladım çantama nifrətlərini
Üzlərinə son dəfə gülüb getdim
Bura Tanrını tapmağa gəlmişəm
Mən axtarmıram artıq dost, nə düşmən
Hisslərimə dərin bir quyu qazdım mən
Onları daha istəmirəm bölüşmək
Qapılarımı qıfıl vurub arxadan
Heç kəsi bir də içimə buraxmadan
Burada tək qalmalıyam bir neçə fəsil
Bir neçə suallıq tək qalmalıyam
Onlar mənə hələ çox deyəcək "dəli"
Korlar ölkəsində kimə lazım rəssam
Bu ki ahıdır minlərlə qəlblərin
Ürək nədir bilməz vəhşi qəssab
Boz şəhərin dar küçələrindən məni
Sil məni, sən yadından çıxart məni
Daşla həqiqəti, sev yenə bütləri
Səni məhv eləyəcək sənin həqiqətin
Yum gözləri və ona qədər say, dost
Getmə dərinə, düşünmə bu qədər, bəsdir
Bu mahnılar deyil sənin üçün əyləncə
Mənim həqiqətim deyil artıq oyuncaq
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net