Hostçu lyrics

by

Qaraqan


[Verse 1]
Boz küçəylə addım addımın dalıyca, gözünü günəşə bağlayıb
Titrəyir gülüş dodaqlarında, gözlər ağlayır
Axtarır Allahı, bu tənhalığı boğmaq üçün
Amma ayaqlar donur, saxlayır
Zamanla qaçdı-tutdu oynayır, ölümlə gizlənpaç
Onun nə ümidi var, nə qorxusu, o vəhşi, həm də ac
O bezib, insanların saxta gülüşlərinə tab gətirmir
Bu nə zaman ki dolur tarix, amma heç bir ad gətirmir
O evdən qaçıb, dostlar indi ailədən yaxın
Gözlərini açıb kirpiklərini qırpmadan baxır
O bilir, bu yol çox çətindir, kələ-kötürlü, daş-tikanlı
Amma qollarında güc var, arxasında dayaq Tanrı
Ümidlərini basdırıb o, qorxularının yanında
İndi daşdır sanki, bərkdir, qaranlıq axır qanında
Kapüşonun altında göz bəbəklərində qanlı zülmət
Göz yaşıyla ürək torpağında yetişir ancaq nifrət

[Chorus] (2x)
Onu danışdırma, o indi öz dünyasında
Çırpılır qanadlar, o uçacaq buralardan
Bütün bu mahnılar, misralar yuxudan oyatmaq üçün
Axı o qəhrəmandır, deməli, özünü məhv edəcək xalq üçün

[Verse 2]
Qara küçə, qara geyim, qıraqdan çaqqal atmacaları
Hara qaçım? Hara gedim? Ürəkdə həyat tapmacaları
İnsan gölməçələri necə dayazdır, nə qədər boşdur hamısı
Nə qədər tənqid, nə qədər zərbə, xeyri yoxdur, xoşdur hamısı
Hər kəsdən fərqli, bəzən soyuq, bəzən qəzəbli
O düşmənini didər baxışla, amma sakit, ədəbli
İçində qarğalar yuva qurub və qanlı çiçəklər
Ay çıxanda canavar ağlayır və gülür küçüklər
Maniken şəxsiyyətlər yarımçıq binalara bənzər
O tərs baxışlar, əyri dodaqlar və mənasız nəzər
O bezib belələrindən, içi də, çölü də, hamısı saxtadır
Seçilir cəmiyyətdən, özü kimi insanlar axtarır
[Chorus] (2x)
Onu danışdırma, o indi öz dünyasında
Çırpılır qanadlar, o uçacaq buralardan
Bütün bu mahnılar, misralar yuxudan oyatmaq üçün
Axı o qəhrəmandır, deməli, özünü məhv edəcək xalq üçün
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net