Hərb və Sülh lyrics

by

Qaraqan


[Verse 1]
Tüstülər, bombalar uçur uşaqların üstündən
Ağrılar, güllələr, axı bunlar nəyin üstündə?
Nəyə gərəkdir müharibələr? Nəyə gərəkdir sərhədlər?
Nəyə gərəkdir fərqli ölkələr, əgər dünya birdirsə?
Nəyə gərəkdir rəngli əskilər və himnlər?
Nəyə gərəkdir irqçilik? Fərqli, eyni dinlər?
Nəyə gərəkdir türmələr, ora düşür kasıblar?
Ya da ki cəmiyyətin sındırdığı insanlar
Bir nəfər öldürən qatil, yüz nəfər öldürənlər qəhrəmandır
Nərdivandır həyat, kimsə qalxdı, kimsə geridə qaldı
Nəyə gərəkdir pul, əgər yemək çatırsa hamıya?
Niyə kiminsə beş sarayı, kimsə qalır daxmada?
Niyə qızlar sevilir pulla? Niyə oğlan seçilir işlə?
Niyə valideynlərin də pul yığmaqdır toy günü beynində?
İki əlim, iki ayağım, iki gözüm, amma ürək təkdir
Hər şey çox mürəkkəbdir!
Hər şey çox mürəkkəbdir!

[Chorus]
Yar aman, ey mənim təbibim
Mənsiz də dünyanın işi gedərmiş

[Verse 2]
Tüstülər, bombalar uçur uşaqların üstündən
Şikəst körpələrin davası bir çomaq üstündə
Nəyə gərəkdir ədalət, əgər boş nağılsa?
Necə deyim səma təmizdir, göydən qan yağırsa?
Nə qədər pul? Nə qədər qul? Nə qədər göz? Nə qədər dil?
Nə qədər sus? Nə qədər dinmə? Nə qədər bilmə? Nə qədər sil?
Nə qədər öz xaçım qanlı yaralar açacaq çiynimdə?
Nə qədər sətirlər misralara daşacaq beynimdən?
Sevgi qaçacaq qəlbimdən, yalan açacaq gözlərimi
Ruhum donacaq dərində, gözlər satacaq sirlərimi
Sən də atacaqsan bir gün məni, unudacaqsan dediklərimi
Tətiklərini tənqidinin bir gün üzümə çaxacaqsan
Tikəcəklər, sökəcəklər, qalan yenə də toz-torpaq
Deyəcəklər, güləcəklər, çox asandır qul olmaq
Taxtın üstü asılı qılınclar, buna ürək gərəkdir
Hər şey çox mürəkkəbdir!
Hər şey çox mürəkkəbdir!
[Chorus]
Yar aman, ey mənim təbibim
Mənsiz də dünyanın işi gedərmiş
Əcaba neyçün cahana gəldim?
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net