2012 lyrics

by

Qaraqan


[Skit] [Vüqar Hosted]
Sonda hər şey öz qutusuna qayıdacaq...

[Bənd 1] [PRoMete]
Nə qələm olmur kömək, nə ağappaq vərəqlər...
Bir ağırlıq varsa ürəkdə
Küləklər aparsın külünü
İstəyirsən yanasan
Hərdən fikirləşirəm ki, yuxudayam...

Bütün bu ağırlıq düşəcək çiyindən
Nə vaxt ki, oyanacam
Amma haçanacan davam edəcəyini bilmirəm
Mən əhatə dairəsindən kanarda

Sən isə Bermudumsan
Ümidlər sonuncu ölür, sən son ümidimsən!
Amma yoxsan yanımda
Varsan içimdə

Hər addımımda gözümün önündə
Nəsə səni xatırladır
Zəng edirəm
Ya uzun-uzun çağırır
Ya da nömrən qapalıdır
(bir az sonra zəng edin)
[Nəqərat] [Qaraqan]
İndi kömək eləmir bizə qanadlar
Yerimiz uçurumların kənarı
Guya qaça-qaça biz xəzandan
Uzaq saldıq özümüzdən baharı

İndi kömək eləmir bizə qanadlar
Yerimiz uçurumların kənarı
Guya qaça-qaça biz xəzandan
Uzaq saldıq özümüzdən baharı

[Bənd 2] [PRoMete]
İçimiz daş bazarı, ya da ürək məzarı
Gözlərimiz qızarıb, bəbək yerinə qan damarı
Gecələrimiz yuxusuz, günlərimiz sonsuzluğa
Bu sonsuzluğun sonu bizi görən hara aparır?!

İşlərimiz artır-artır, azalır sevginin vaxtı
Ünsiyyət iki sözlük: “Necəsən?”, cavab: “Yaxşı”
Soyuqluqda keçəcəyik daşı, buraxıb yaddaşı
İnkubator insanlarının olmur qardaşı

[Nəqərat] [Qaraqan]
İndi kömək eləmir bizə qanadlar
Yerimiz uçurumların kənarı
Guya qaça-qaça biz xəzandan
Uzaq saldıq özümüzdən baharı
İndi kömək eləmir bizə qanadlar
Yerimiz uçurumların kənarı
Guya qaça-qaça biz xəzandan
Uzaq saldıq özümüzdən baharı

[Bənd 3] [PRoMete]
İndi kömək eləmir iynələr və sistemlər
Məhv olunan sevgilərdir, insanların hirsindən
İndi kömək eləmir magiyalar, ya da dinlər
Dünyanı qurtarmaqçün bu qapqara tilsimdən

Sadə şeylər məntiq üçün fantastikdir
Texnikalar üstələyir insan ağlın
Kim yazır görəsən bu əsəri?
Sonunu görmək maraqlı olardı bu nağılın

Kiminsə gözü bağlı, kiminsə ağlı bağlı
İtib fərq, fərq eləmir yaxınlıq, ya uzaqlıq
Satılır hətta enerji də, indi hər şeyin öz qiyməti
Ürəklər də icarəyə verilir, bir neçə yataqlıq

[Nəqərat] [Qaraqan]
İndi kömək eləmir bizə qanadlar
Yerimiz uçurumların kənarı
Guya qaça-qaça biz xəzandan
Uzaq saldıq özümüzdən baharı
İndi kömək eləmir bizə qanadlar
Yerimiz uçurumların kənarı
Guya qaça-qaça biz xəzandan
Uzaq saldıq özümüzdən baharı
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net