Hərə Öz Sevdiyini Çağırsın lyrics
by Röya
[Bənd 1]
Sevib-sevilmək ən ali duyğu, gözəl dəyərdir
Sızıldayan ürəyimin sarı simi, muğamın zilidir
Ürəyim döyünür eşq həsrətindən, məlahətindən
Mətanətindən, səadətindən, ülviyyətindən
[Nəqərat]
Hərə öz sevdiyini çağırsın, sevərək yaşatsın
Adını da ürəyinə yazsın, əbədi qalsın
Hərə öz sevdiyini çağırsın, sevərək yaşatsın
Arzuya çatsın
Adını da ürəyinə yazsın, əbədi qalsın
[Bənd 2]
Gözəl gözündən süzülən yaşlar sevincdən olsun
Baxışlarında gülən gülüşlər mənimlə olsun
Bu gün, sevgilim, nə gözəlsən sən, nəzər dəyməsin
Məni eşit sən, mənimsən artıq, şükürlər olsun
[Nəqərat]
Hərə öz sevdiyini çağırsın, sevərək yaşatsın
Adını da ürəyinə yazsın, əbədi qalsın
Hərə öz sevdiyini çağırsın, sevərək yaşatsın
Arzuya çatsın
Adını da ürəyinə yazsın, əbədi qalsın
[Keçid]
Mənim sevimli yarım, sənə qurbandır bu canım
Sarıl boynuma, sarıl, gəl özün mənə sarı
[Nəqərat]
Hərə öz sevdiyini çağırsın, sevərək yaşatsın
(Arzuya çatsın)
Adını da ürəyinə yazsın, əbədi qalsın
Hərə öz sevdiyini çağırsın, sevərək yaşatsın
Arzuya çatsın
Adını da ürəyinə yazsın, əbədi qalsın
[Çıxış]
Hərə öz sevdiyini...