#YaxşıKiVarsan lyrics

by

Röya



[Bənd 1]
Gəl görüşək elə bir anda
Günlər ötüb ay olanda
Ayla Günəş ayrılanda
Gəl görüşək elə bir anda
Gözəgörünməz dumanda
Qeyb olub itək zamanda

Gəl məni atma dərələrə, təpələrə
Dənizim ol, dönərəm ləpələrə
Silib ləkələri, son qoyub şübhələrə
Sənə görə dözərəm daha nələrə
Sən bulud, mən şim-şimşək
Yağışa dönüb yerdə görüşək
Həyatımda, nə yaxşı ki, varsan

[Nəqərat]
Yaxşı ki, varsan
Ən dəyərli insan
Yaxşı ki, varsan
Sevdiyim yarımsan

Yaxşı ki, varsan
Yalnız varlığımsan
Yaxşı ki, varsan
Sən varsan, sən varsan
[Bənd 2]
Gəl sən ulduz ol, mən də dərya
Sən susqun ol, mən də fəryad
Sən dünya ol, mən də röya
Gəl sən düzgün ol, mən də güzgün
Sən yanğın ol, mən də tüstün
Bil ki, sən hər şeydən üstün

Xəzri olsan, dönərəm gilavara
Dovşan olsan, dönərəm canavara
Sən mələksən, mənim canım avara
Hara, hara, hara, de görüm, hara, hara?
Səmada qarışaq buludlara
Səni heç vaxt unutmaram
Həyatımda, nə yaxşı ki, varsan

[Nəqərat]
Yaxşı ki, varsan
Ən dəyərli insan
Yaxşı ki, varsan
Sevdiyim yarımsan

Yaxşı ki, varsan
Yalnız varlığımsan
Yaxşı ki, varsan
Sən varsan, sən varsan
[Nəqərat]
Yaxşı ki, varsan
Ən dəyərli insan
Yaxşı ki, varsan
Sevdiyim yarımsan

Yaxşı ki, varsan
Yalnız varlığımsan
Yaxşı ki, varsan
Sən varsan, sən varsan

Yaxşı ki, varsan
Ən dəyərli insan
Yaxşı ki, varsan
Sevdiyim yarımsan

Yaxşı ki, varsan
Yalnız varlığımsan
Yaxşı ki, varsan
Sən varsan, sən varsan
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Copyright © 2012 - 2021 BeeLyrics.Net